Hadisə

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

5 Dekabr 2022 07:48
Baxış: 580
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Yasamal rayonunda qeydə alınan qəzada 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

20 Yanvar metrosu istiqamətində hərəkətdə olan "BMW" markalı minik avtomobilinin sürücüsü işıqforun yaşıl işığından keçmək üçün sürət həddini aşıb.

Nəticədə avtomobil eyni istiqamətdə hərəkət edən "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza zamanı bir nəfər xəsarət alıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.