Hadisə

Gəncədə 46 yaşlı kişinin şah damarını kəsdilər

1 Oktyabr 2022 09:48
Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində ötən gecə 46 yaşlı kişi qətlə yetirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimov şah damarının kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü Afdandil Kərimov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.