Hadisə

18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb

5 Avqust 2022 21:54
0 Şərh     Baxış: 1 040
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncədə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Hüseynov Qəzənfər Rasim oğlunu, yaşadığı evdə elektrik cərəyanı vurub.

O, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə Q.Hüseynov nasosla həyətyanı sahəni suvarmaq istəyən zaman ehtiyatsızlıqdan naqillərə toxunub.

Bu zaman onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.