Qoç
Orijinallıq göstərmək və toplumdan fərqlənmək istəyi sizi xoşagəlməz və ətrafdakıların gözündə gülünc vəziyyətdə qoya bilər. Rəhbərliklə danışıqlarda hər dediyiniz sözə diqqət yetirin ki, səhv deyilən kəlmə sizi onların gözündən salmasın. Sevgi münasibətlərində yalandan uzaq durun.
Buğa
Bu ay maddi riski olan işlə məşğul olmaq təklifi alacaqsınız. Bu təklifə razılıq verməməyiniz məsləhətdir. Çünki situasiya nəzarətdən çıxa və gözlənilməz neqativ nəticələrə gətirə bilər. İşgüzarlığınızla ehtiyata müəyyən miqdarda pul ata bilərsiniz.
Əkizlər
Əkizlər ailədə hüquq və vəzifələr mövzusunda şəxsi fikirlərinə yenidən nəzər salmalıdırlar. Belə ki, ailə həyatınız pis dönəmdən keçəcək, həyat yoldaşınızla münasibətlər isə boşanma səviyyəsinə qədər çata bilər. Situasiyanı normallaşdırmaq üçün başa düşməlisiniz ki, yalnız siz qərar vermirsiniz.
Xərçəng
Ayın əvvəlində uzun zaman sizin yuxunuzu qaçıran problemi asanlıqla həll edəcəksiniz. İşdə kreativlik və yaradıcı yanaşma göstərin, bununla əməyinizin nəticəsini yaxşılaşdıra, prosesi isə daha maraqlı və əyləncəli edə bilərsiniz.
Şir
Ciddilik, əməksevərlik və vaxtında yerinə yetirilən iş sizi karyerada daha tez yüksəldəcək, nəinki kolleqa və rəhbərlik qarşısında lovğalıq və özünüöymə. Partnyorlarla danışıqlar zamanı lazımi informasiya azlığı sizi çıxılmaz vəziyyətdə qoya bilər.
Qız
Nə vaxtsa sizə çox kömək edən bir insan eyni xahişlə sizə müraciət edə bilər. Bu işin öhdəsindən asanlıqla gələcəksiniz. Rəhbərlik işgüzarlığınızı qiymətləndirəcək və həm vəzifədə, həm də məvacibdə sizi yüksəliş gözləyir. Məsuliyyətli və çətin işi görərkən ən xırda detallara və nüanslara diqqət yetirin ki, səhvlərə yol verməyəsiniz.
Tərəzi
Bu ay mədəniyyət və elm sahəsinə maraq göstərəcəksiniz. Hətta yeni bir təhsil almaq istəyi yaranacaq. Ayın ortasında işdə əlavə iş götürməyinizin müqabilində maddi vəziyyətiniz yaxşılaşacaq. Borclulara borclarını ödəmələrini xatırlatmaq üçün əla zamandır.
Əqrəb
Biliklərinizi daha gənc və təcrübəsiz mütəxəssislərlə bölüşməlisiniz. Mədəniyyət və təhsil sahəsində çalışan Əqrəbləri uğur gözləyir. Eyni biliyə, marağa sahib olan yaxın dostunuzla birgə şəxsi işinizi açmaq fikri yarana bilər.
Oxatan
Bu ay özünüzü yorğun, halsız, gücsüz hiss edəcəksiniz, səbəbi isə energetik potensialınızın aşağı düşməsidir. Ancaq iş və şəxsi həyatınızda hər şey öz qaydasında olacaq. Ayın ikinci yarısında avantüraya qoşula bilərsiniz, çünki həm nəticə, həm də prosesin özü sizə maraqlı olacaq.
Oğlaq
Bu ay çoxdan planlaşdırdığınız layihəyə nə qədər tez başlasanız, istəyinizə bir o qədər tez çatacaqsınız. Uğurunuz xarici görünüşünüzün nə dərəcədə yaxşı görünməsindən və qərarlı olmağınızdan asılı olacaq. İşgüzar təkliflərdən imtina etməyin.
Dolça
Ola bilsin, bu ay Dolçalar təkliyə çəkilib sakitlik axtaracaqlar. Köhnə hesabların əvəzini çıxmaq və intiqam almaq üçün uyğun zaman deyil, əks halda keçmiş tanışınızla dava və konfliktlər ola bilər. Hətta münaqişəyə hüquqi təşkilatlar və hüquq-mühafizə orqanları qoşula bilər. Karyeranızda yüksəliş gözlənilir.
Balıqlar
Anidən elmin yeni sahələrinə yaranan istəyiniz sizi maraqlandıran mövzuda ədəbiyyat almaq üçün xeyli miqdarda pul xərclədə bilər. Qarşınızda yeni perspektivlər və gözəl imkanlar açıla bilər. Bundan istifadə edin, öz istedad və bacarığınızı nümayiş etdirmək üçün uyğun vaxtdır.
Milli.Az
Qoroskop
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sentyabr ayı üçün ulduz falı
3 Sentyabr 2012 11:16
0 Şərh
Baxış: 7 877

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
-
NATO-a məxsus mərkəzdə Azərbaycan bayrağı qaldırıldı - FOTO
-
“Bağışlayın, görmədim” artıq keçməyəcək - Süni intellektli radarlar dövrü başladı - FOTOlar
-
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli
-
Konservləşdirilmiş qidalarda nələrə fikir vermək lazımdır?
-
Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
-
Bu ziyarətgaha gedənlərə şad xəbər
-
2 800 abonent qazsız qalacaq
-
Tovuzda müəllim valideynlərdən qızıl tələb edib? - Araşdırma BAŞLADI - VİDEO
-
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu - VİDEO
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir - FOTO
-
Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL
-
Bu yay fəslində anomal istilər olacaq? - AÇIQLAMA
-
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
-
II cəhd imtahanı üçün son bir gün - Ən çox bu qrup MÜRACİƏT EDİB
-
Avropa uçuruma gedir: qitə ən çirkli narkosavaşını uduzur
-
Millimiz Latviya ilə üz-üzə
-
Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb
-
Türkiyədə 14 mindən çox insan qurban kəsərkən yaralandı
-
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
-
Çin avtomobilləri Azərbaycan bazarına nə vəd edir?
-
Bakıdan Bərdəyə qədər ilanla yol yoldaşı oldular - VİDEO
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq