Bəzi bürc əlamətləri ulduzların dəstəyi ilə 100 yaşa qədər yaşamağa daha yaxın hesab olunur. Astroloqlar iddia edirlər ki, bu üç bürc uzunömürlülüyə təbii meyli ilə seçilir.
Astroloji inanclara görə, bürcümüz təkcə xarakterimizi və münasibətlərimizi deyil, eyni zamanda ömrümüzün uzunluğunu da təsir edə bilər. Əlbəttə, genetik faktorlar, həyat tərzi və ətraf mühit şərtləri də önəmlidir, lakin ulduzların bəzi bürclərə "uzun ömür" hədiyyə etdiyi deyilir.
Milli.Az xəbər verir ki,bu bürclər xoşbəxt "uzunömürlü üçlük"də yer alır:
Oğlaq
Əzmkarlığı və məsuliyyətli təbiəti ilə tanınan Oğlaqlar risklərdən uzaq dayanaraq, sağlamlığını ilk sıraya qoyur. Gənc yaşlarından sağlam həyat vərdişlərini mənimsəyən bu bürc nümayəndələri intizamlı həyat tərzləri ilə diqqət çəkir. Müntəzəm tibbi yoxlamalar, qaydalara uyğun həyat tərzi və daxili tarazlıq Oğlaqları uzun ömür yolunda bir addım öndə saxlayır.
Qız
Təfərrüatlara diqqəti və özünə qarşı yüksək tələbləri ilə tanınan Qız bürcləri sağlam qidalanma, şəxsi gigiyena və profilaktik tədbirlərə ciddi yanaşır. Onlar həm fiziki, həm də zehni sağlamlıqlarını daim izləyirlər. Astroloqlar hesab edir ki, Qızların bu qayğıkeş və tədbirli yanaşması onların ömrünü uzada bilər.
Buğa
Rahatlığı və sabitliyi sevən Buğalar sadə, lakin sağlam həyat tərzini seçirlər. Təbiətlə güclü bağları, stressdən uzaq durmaları və bədənlərinin siqnallarını düzgün oxumaları onlara uzun və keyfiyyətli həyat vəd edir. Onlar tələsik qərarlardan uzaq duraraq harmoniya içində yaşamağa üstünlük verirlər.
Fidan
Milli.Az