Texnologiya

"Tesla" "Model S Plaid Plus" istehsalından imtina edib

8 İyun 2021 05:30
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tesla" avtomobil şirkəti "Model S Plaid Plus" modelinin istehsalından imtina edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Tesla"nın rəhbəri İlon Mask öz "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, yeni modelin buraxılması üçün zərurət yoxdur.

Belə ki, şirkət iyunun 3-dən başlayaraq Kaliforniyada "Model S Plaid" istehsalına başlayıb. Bu model ən sürətli elektromobil hesab olunur.

Ən bahalı elektromobil kimi nəzərdə tutulan "Model S Plaid Plus" modelinin istehsalının 2022-ci ildə başlaması planlaşdırılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.