Texnologiya

“SpaceX” bu gün ilk dəfə fəzaya insan göndərəcək

30 May 2020 14:30
Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın kosmik raket istehsalçısı "SpaceX" bu gün ilk dəfə insanlı kosmik gəmini yerin orbitinə çıxaracaq.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, uçuş NASA-nın dəstəyi ilə ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçiriləcək.

Bildirilib ki, NASA uçuşun həyata keçirilməsi üçün "SpaceX"ə 3 milyard dollar büdcə ayırıb. Uçuşun uğurlu olacağı təqdirdə bu hər hansı bir özəl şirkətin həyata keçirdiyi ilk kosmik uçuş olaraq tarixə düşəcək. Bununla 2011-ci ildən kosmik uçuşlar üçün Rusiyanın "Soyuz" raketlərindən istifadə edən NASA bunun üçün adam başı ödədiyi 85 milyon dollarlıq maliyyətdən də azad olacaq.

Qeyd edək ki, daha əvvəlki cəhddə uçuş hava şəraiti səbəbindən təxirə salınmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.