Texnologiya

"Youtube"a ekranın yarısını tutan reklamlar gəlir - Bağlamaq da olmur

6 Noyabr 2025 10:00
Baxış: 461
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"YouTube" platformasında yeni reklam formatı istifadəçilərin ciddi narazılığına səbəb olub.

Milli.Az bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə videoları mobil cihazlarda izləyərkən ekranda yarım ölçüdə reklam paneli açılır və onu bağlamaq artıq mümkün deyil.

İstifadəçilər bildirir ki, xüsusilə videonu üfüqi formada izləyərkən bu reklam ekranın böyük hissəsini tutur və baxış təcrübəsini tamamilə korlayır. Reklamın bağlanma düyməsi tətbiqdən tamamilə yoxa çıxıb.

Məsələ ilə bağlı 3DNews nəşri yazır ki, YouTube hələlik bu formatın test mərhələsində olduğunu rəsmi şəkildə təsdiqləməyib, lakin bir çox istifadəçi artıq bu yeniliyi gördüyünü bildirir.

Bu, son aylarda platformanın istifadəçilərdən gələn şikayətlərlə gündəmə gələn növbəti addımıdır. Bir müddət əvvəl YouTube "Second Chance" proqramını elan etmişdi, hansı ki, bloklanmış kanalların sahiblərinə bir ildən sonra hesablarını bərpa etmək imkanı verir.

Bundan öncə isə şirkət ABŞ prezidenti Donald Trampın hesabını 2021-ci ildə bağladığı üçün 24,5 milyon dollar kompensasiya ödəməyə məcbur qalmışdı.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.