Texnologiya

Karantin zamanı insanların hərəkəti izləniləcək - Google yeni sayt istifadəyə verib

3 Aprel 2020 21:10
0 Şərh     Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın "Google" korporasiyası koronavirus pandemiyası zamanı bütün dünya üzrə insanların olduğu yer barədə məlumatların dərc olunacağı saytı istifadəyə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Google" kompaniyasının bəyanatında deyilir. "COVID-19 Community Mobility Reports" adlanan saytda yeni koronavirusun yayılması səbəbindən dünyanın bir çox ölkələrində karantin rejiminin tətbiqindən sonra ticarət-əyləncə mərkəzlərində, ərzaq mağazalarında, aptek və parklarda insan sıxlığının necə dəyişdiyini izləmək mümkün olacaq.

Kompaniya şəxsi məlumatların qorunması üçün hər bir fərdi istifadəçi barədə deyil, bu və ya digər obyektlərdə insan sıxlığı barədə ümumi informasiya verəcək. Məsələn, San-Fransisko əhalisinin hərəkəti analizi göstərdi ki, fevralın 16-dan martın 29-dək şəhərdəki ticarət-əyləncə mərkəzlərində insan sıxlığı 72 faiz, parklarda gəzənlərin sayı isə 55 faiz azalıb.

İnternet-portal ilkin mərhələdə 131 ölkədən məlumat təqdim edəcək və tədricən insanların hərəkətinin izlənəcəyi ölkələrin sayı artırılacaq. Kompaniyanın bəyanatına əsasən, sayt müxtəlif dövlətlərin hakimiyyət orqanlarına karantin tədbirlərinin yerinə yetirilməsini qiymətləndirməyə kömək edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.