Texnologiya

“Instagram”a yeni funksiya əlavə edilib

7 Fevral 2020 21:14
0 Şərh     Baxış: 1 416
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Instagram" sosial şəbəkəsi tətbiqinin "abunələr" bölməsinə xüsusi kateqoriyalar əlavə edilib.

Milli.Az İnterAz-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Instagram"ın baş direktoru Adam Mosseri "Twitter" səhifəsində yayıb.

Yeni dəyişiklik özündə iki əlavəni ehtiva edir: paylaşım lentində ən çox göstərilən profillər və istifadəçinin ən az əlaqədə olduğu hesablar.

Məlumata görə, yeni dəyişiklik sosial şəbəkəyə reklamlara baxış sayını artırmağa yol açacaq. 

İstifadəçilər isə maraqsız paylaşımları az görməyə başlayacaqlar və lenti çevirməyə davam edəcəklər. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.