Texnologiya

10 şirkət aldı, 24,5 milyard ödədi

24 Yanvar 2015 20:35
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyanın Aptitude şirkətinin statistikası Google-un birləşmələr və satınalmalar (M&A) üzrə sazişlər bazarında aktivliyini göstərib. Hesablamalara görə, Google öz tarixində 10 ən böyük satınalmaya 24,5 milyarddan çox dollar xərcləyib.

Google 2011-ci ildə 12,5 milyard dollara Motorola Mobility smartfon istehsalçısını satın alıb, amma 3 il sonra onu 2,91 milyard dollara satıb. Zərərə baxmayaraq, axtarış nəhəngi çox vacib patentlərə sahibləndi.

Milli.Az ICTnews-a istinadən bildirir ki, internet nəhəngi 2014-cü ildə 3,2 milyard dollara enerjiyə qənaət edən termostat, tüstü və karbon qazı ötürücüsü istehsal edən Nest Labs firmasını satın alıb.

DoubleClick internet reklam nəhəngini Google 3,1 milyard dollara satın alıb. Google DoubleClick uğrunda mübarizədə Microsoftu qabaqlayıb.

2006-cı ildə Google 1,65 milyard dollara YouTube videohostinqini satın alıb. İndi YouTubeun auditoriyası 1 milyarddır və aylıq 6 milyard saatlıq video izlənilir, həmçinin dəqiqədə 100 saatlıq məzmun yüklənir.

Google tərəfindən satın alınan İsralin Waze (966 milyon dollar) startapı mobil qurğular üçün eyni adlı kartoqrafiya xidmətini hazırlayır. Bu xidmətin köməyilə internet nəhəngi Google Maps xidmətinin auditoriyasını smartfon və planşet istifadəçiləri arasında artırıb.

2009-cu ilin noyabrında AdMobun 750 milyon dollara satın alınması Googleun mobil istiqamətini gücləndirib və reklam imkanlarının Android platformasına inteqrasiyasına imkan verib. Həmçinin Google iTA Software (700 milyon dollar), Postini (625 milyon dollar), Dropcam (555 milyon dollar) və SkyBox Imaging (500 milyon dollar) kimi şirkətləri satın alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.