"WhatsApp"dan gələn bu mesajlara inanmayın - Yeni virus yayılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Populyar mesajlaşma tətbiqi "WhatsApp" üzərindən yayılan yeni təhlükəli proqram - "SORVEPOTEL" - barədə kibertəhlükəsizlik mütəxəssisləri ciddi xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, kiber təhlükəsizlik şirkəti Trend Micro-nun araşdırmasına görə, bu virus zərərli ZIP faylı vasitəsilə telefona daxil olur və ələ keçirdiyi "WhatsApp" hesabı üzərindən avtomatik şəkildə digər insanlara yayılır.
Hücum sanki tanış bir şəxsdən gəlirmiş kimi görünən mesajla başlayır. İstifadəçi mesajdakı ZIP faylını açdıqda, virus aktivləşir və cihazdakı "WhatsApp Web" sessiyasını ələ keçirir. Ardınca həmin faylı rehberdəki bütün kontaktlara avtomatik göndərir.
Mütəxəssislərə görə, SORVEPOTEL bir növ "infostealer" - yəni məlumat oğrusu proqramdır. O, fotoşəkillər, mesajlar, əlaqə məlumatları kimi həssas faylları hədəfə alır, həmçinin "PowerShell" əmrləri vasitəsilə uzaq serverlərə qoşularaq əlavə zərərli komponentlər yükləyir.
ZIP faylı açıldıqda, içindəki LNK (qısayol) faylı işə düşür və fon rejimində "PowerShell" əmrləri vasitəsilə virusu sistemə endirir. Proqram aktiv "WhatsApp Web" oturumlarını skan edir və ələ keçirdiyi hesablar vasitəsilə zəncirvari şəkildə yayılmağa davam edir. İstifadəçi prosesi hiss etmədən, virus təmas siyahısında olan hər kəsə çatır.
Ekspertlər "WhatsApp" vasitəsilə gələn ZIP əlavələrinə qarşı ehtiyatlı olmağa çağırır. Kimdən gəlməsindən asılı olmayaraq, tanımadığınız faylları açmayın, şübhəli linklərə klikləməyin və sisteminizi mütəmadi yeniləyin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
XƏBƏR LENTİ
-
8 saatlıq yuxu norması tarixə qovuşur?
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)





