Texnologiya

“ChatGPT” yenə ÇÖKDÜ

20 Fevral 2025 09:07
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"OpenAI" şirkətinə məxsus "ChatGPT" çat-botunda nasazlıqlar yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Bildirilib ki, "ChatGPT"nin işi ilə bağlı ən çox şikayət ABŞ, Böyük Britaniya və Almaniyadan gəlib.

Bununla yanaşı, Fransa, İsveçrə, İspaniya, Yunanıstan, İtaliya və digər ölkələrdə də nasazlıqlar müşahidə olunur.

İstifadəçilər ən çox ChatGPT-nin işindən (92%) və veb versiyasına daxil olmaqda çətinlikdən (7%) şikayətləniblər.

Xatırladaq ki, bir müddət əvvəl də sözügedən çat-botun işində problem yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.