"Meta" sosial şəbəkələrdəki qadağaları yumşaldır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook" hesabında paylaşdığı videoda "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcəyi ilə bağlı məlumat verib. O bildirib ki, kontent moderasiya üçün mürəkkəb sistemlər yaradılıb, lakin hər şey mürəkkəb olanda bu, səhvlərə gətirib çıxarır. Hətta postların 1 faizi senzuraya məruz qalsa belə, bu, milyonlarla istifadəçiyə təsir edir. Nəticədə səhvlər və senzura həddindən artıq çox olur. Buna görə də paylaşım qaydaları sadələşdiriləcək və platformalarda fikir ifadə etmək azadlığı bərpa ediləcək.
Bu, o deməkdir ki, artıq hər kəs sosial şəbəkələrdə istənilən fikri səsləndirəcək. Bu günə kimi edilən paylaşımlarda hər hansı bir qeyri-etik ifadə, yanlışlıq, təhqir xarakterli sözlər və ifadələr paylaşılanda "Meta" avtomatik olaraq həmin paylaşımları bloklayır, profillərə məhdudiyyət qoyurdu. "Meta"da tətbiq edilən bu yeniliyin azərbaycanlı istifadəçilərin paylaşımlarına edəcəyi təsir, eyni zamanda, bu azadlığın bizim üçün müsbət və mənfi tərəfləri olduqca maraqlıdır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elvin Abbasov bildirib ki, "Meta"nın alqoritmlərində dəyişiklik edərək yoxlama prosesini azaltması azərbaycanlı istifadəçilərin paylaşımlarına bir sıra mənfi və müsbət təsirlər gətirə bilər.
"Müsbət təsiri odur ki, yoxlama prosesinin azalması paylaşımların daha sürətlə işə salınmasına imkan verəcək. Həmçinin, istifadəçilər məhdudiyyətlərə daha az məruz qalacaq, bu da onların düşüncələrini və fikirlərini daha az məhdudlaşdırır. Bu yenilik, eyni zamanda, istifadəçilər üçün daha az bloklanma deməkdir. Bununla yanaşı, daha yumşaq istifadəçi şərtləri tətbiq ediləcək. Ona görə də həyata keçiriləcək dəyişiklik azad fikirli insanların öz fikirlərini daha rahat ifadə etməsinə imkan verəcək", - deyə o qeyd edib.
Ekspert yeniliyin mənfi təsirlərindən də söz açıb:
"Yoxlama prosesinin azalması mənfi və ya qeyri-etik paylaşımların daha çox yayılmasına imkan yarada bilər. Eyni zamanda, şəxslərə aid məxfi informasiyaların yayılması arta bilər. Daha az yoxlama prosesi şəxsi məlumatların və ya qeyri-qanuni məlumatların yayılmasına yol açar. Bununla yanaşı, bəzi istifadəçilər yoxlama prosesinin azalmasından məmnun olacaq, çünki, dezinformasiya xarakterli paylaşımların daha çox yayılması mümkün olacaq. Amma platformalarda fikir ifadə etmək azadlığının bərpa edilməsi sosial şəbəkələrə olan etibarın azalmasına gətirib çıxara bilər".
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev isə məsələ ilə bağlı Trend-ə sosial şəbəkələrdəki gözlənilən sərbəstliyin istifadəçilərə ümumi təsirindən danışıb.
O bildirib ki, "Meta"nın ("Facebook", "Instagram" və s. daxil olmaqla) alqoritmlərindəki dəyişikliklər və yoxlama proseslərinin azalması azərbaycanlı istifadəçilərin paylaşımlarına müxtəlif şəkildə təsir göstərə bilər:
"Bu təsirlər həm müsbət, həm də mənfi ola bilər. 2023-cü ildə 12-16 oktyabr tarixinlərində Sosial Tədqiqatlar Mərkəzinin apardığı ictimai rəy sorğusunun nəticələrindən aydın olur ki, respondentlərin gündəlik əsas məlumat mənbəyinin 55.7 faizini sosial şəbəkələr təşkil edir. Ona görə də məsələ hər iki mənada düşündürücüdür. Gəlin, bir qədər detallı baxaq:
Müsbət təsirlərindən bəzilərini aşağıdakı kimi qeyd etmək olar.
Yoxlama proseslərinin azalması nəticəsində daha çox insan öz fikirlərini sərbəst şəkildə paylaşa bilər. Əvvəllər senzura, avtomatik sistemlərin və ya süni intellektin səhvən blokladığı paylaşımlar indi görünə bilər. İstifadəçilər daha çox yaradıcı və fərqli məzmun yarada bilərlər, bu da sosial şəbəkələrin daha maraqlı olmasına gətirib çıxara bilər. Reklamlar və paylaşımlar daha az məhdudiyyətlə yayımlana bilər, bu da kiçik və orta bizneslər üçün faydalı olar".
Bəhruz Əliyevin fikrincə, bu yeniliyin mənfi təsirləri aşağıdaki kimidir:
"Yoxlama proseslərinin azalması, yanlış məlumatların və yalan xəbərlərin daha geniş yayılmasına səbəb ola bilər. Bu da sosial mühitdə çaşqınlıq yaradar. Zərərli məzmunların, nifrət nitqinin və ya təhqiredici paylaşımların artmasını ehtimal etmək olar. Bu da istifadəçilər arasında gərginlik yarada bilər.
Məzmunun az yoxlanması zərərli və ya yaşa uyğun olmayan paylaşımların daha çox yayılmasına səbəb ola bilər. Sosial şəbəkələrdə müxtəlif mövzularda xoşagəlməz müzakirələrin çoxalması ehtimalı da mümkün versiyalardan biridir. Eyni zamanda, sosial harmoniya pozula bilər, dezinformasiya daha çox yayıla bilər".
"Ona görə də hər birimiz fiziki izlərimizə diqqət etdiyimiz kimi, virtual izlərimizə də diqqət etməliyik və etdiyimiz bütün davranışların məsuliyyətini düşünməliyik. Dəyərli, ciddi elmi-mədəni məzmunların inkişafında və müzakirəsində daha çox maraqlı olmalıyıq. Uyğun olmayan məzmunları isə bloklayaraq və şikayət edərək, sosial şəbəkələrin düzgün inkişafına təkan verə bilərik", - deyə ekspert əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Canlısından fərqlənməyən robot balıq təqdim olundu – (Video)
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
XƏBƏR LENTİ
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib





