Texnologiya

“YouTube”da reklamlar daha da artacaq

21 Sentyabr 2024 02:02
Baxış: 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar onlayn video platforması olan "YouTube" yeni reklam nümayişi sistemi ilə istifadəçilərin qarşısına çıxmağa hazırlaşır.

Milli.Az olay-a istinadən bildirir ki, yeni sistemlə videolar dayandırıldıqda ekranda statik reklamlar görünəcək. 

"YouTube"un yeni reklam sistemi yaxın günlərdə həyatımıza daimi olaraq daxil olacaq.

YouTube bu sistemi ilk dəfə keçən il sınaqdan keçirməyə başlayıb, lakin uzun müddət bununla bağlı rəsmi açıqlama verməyib.

"YouTube"un baş icraçı direktoru Oluva Falodun sözlərinə görə, bu yeni reklam nümayişi modelinin "YouTube Premium"un abunəçisi olmayan istifadəçilər üçün istifadəyə veriləcəyini artıq təsdiqlənib. 

Yeni sistemə görə, istifadəçi videonu dayandırdıqda ekran kiçiləcək və yeni reklam göstərilməyə başlayacaq. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.