Texnologiya

“Apple” kompüterlərində təhlükəli virus aşkarlandı

8 May 2024 20:00
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" kompüterlərinin istifadəçiləri cihazlarının ekran şəkillərini çəkən virusla qarşılaşıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kandji" şirkətinin analitikləri bu virusun istifadə edildiyi kiberhücumlardan danışıblar.

"Cuckoo" zərərli proqram təminatı əsasən "Spotify" striminq xidmətinin istifadəçiləri üçün nəzərdə tutulmuş "DumpMedia Spotify Music" tətbiqi vasitəsilə yayılıb.

Məlum olub ki, tətbiqi yüklədikdən sonra təhlükəli virus istifadəçilərin bəzi məlumatlarını nüsxələyib. Belə ki, o, kompüter haqqında məlumat toplayıb, "Notes", "Telegram", "Discord" kimi bir sıra tətbiqlərdən məlumat ötürüb. "Cuckoo" həmçinin kompüter ekranının skrinşotlarını da çəkərək dələduzlara göndərib.

"Kandji" mütəxəssisləri virus tətbiqinin həm "Intel" prosessorları ilə işləyən köhnə "Mac" kompüterlərinin, həm də "Apple Silicon" çipləri ilə işləyən yeni modellərin istifadəçiləri arasında yayıldığını qeyd ediblər. Mütəxəssislər ehtiyat tədbiri olaraq naməlum mənbələrdən proqramları yükləməməyi tövsiyə ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.