Texnologiya

“WhatsApp”dan YENİLİK – Zənglər zamanı...

12 Noyabr 2023 11:46
Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" daha bir yeni funksiyasını təqdim edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, indi zənglər zamanı asanlıqla IP ünvanını gizlətmək mümkün olacaq.

Bu funksiya artıq "iPhone" və "Android" cihazlarının sahibləri üçün əlçatandır.

Bu yeniliyin sayəsində danışdığınız şəxs yerinizi tapa bilməyəcək.

Funksiya "Zənglər zamanı IP ünvanlarını qoruyun" adlanır. Onu aktivləşdirmək üçün proqramı ən son versiyaya yeniləyin və aşağıdakıları tətbiq edin.

"Parametrlər" → "Məxfilik" → "Qabaqcıl" → "Zənglər zamanı IP ünvanını qoruyun" qutusunu aktiv vəziyyətə gətirin.

Konfiqurasiya yolu hər iki əməliyyat sistemi üçün eynidir. "WhatsApp"da qrup zəngləri avtomatik olaraq şirkətin serverlərinə yönləndirilir, ona görə də bu parametri aktivləşdirməyə ehtiyac yoxdur.

Eyni zamanda şirkət bildirib ki, yeni təhlükəsizlik parametrlərinin daxil edilməsi səs keyfiyyətinə təsir göstərə bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.