Texnologiya

Sürücüləri kamera vasitəsilə izləyəcəklər

31 Oktyabr 2023 17:38
Baxış: 1 181
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Tesla" təhlükəsizlik üçün kameradan istifadə edərək elektriklə işləyən avtomobillərin sürücülərini izləyə biləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni funksiya şirkətin bütün avtomobillərində görünəcək. Xüsusi sistem sürücünün yolda diqqətini və avtomobilin idarə edilməsini qiymətləndirəcək. Avtomobil sahibi yuxuya gedərsə, "Sürücü Yuxululuğu Xəbərdarlığı" səs siqnalı vasitəsilə ona xəbərdarlıq ediləcək.

Sürücünün vəziyyətini qiymətləndirmək üçün "Tesla" sürücünün üzünə baxan kabin kamerasından istifadə edəcək.

İstifadəçilər parametrlər vasitəsilə izləmə funksiyasını söndürə biləcəklər. Yeniliyi ilk qiymətləndirən avropalı avtomobil həvəskarları olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.