Texnologiya

"Apple" "iPhone" işlədənlərə XƏBƏRDARLIQ ETDİ

19 Avqust 2023 08:30
Baxış: 2 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti "iPhone"la bağlı rəsmi xəbərdarlıq edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilir ki, istifadəçilərə telefonu enerji ilə doldurarkən bədənin üzərinə, yastığın və ya yorğanın altına qoymamaq tövsiyə olunur. Bundan əlavə, şirkət "iPhone"ları üzlüksüz və yaxşı havalandırılan yerlərdə enerji ilə doldurmağa çağırıb.

"Bu təhlükəsizlik təlimatlarına əməl edilməməsi yanğın, elektrik cərəyanı vurması, şəxsi xəsarət və ya "iPhone" və ya digər əmlakın zədələnməsi ilə nəticələnə bilər", - deyə məlumatda qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.