Texnologiya

1,5 milyona yaxın sosial media postu silinib

30 May 2023 04:04
Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin kiberməkan tənzimləyicisi dezinformasiyaya qarşı mübarizə üçün iki aylıq əməliyyatdan sonra 1,5 milyona yaxın sosial media postunun silindiyini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu il martın 10-dan mayın 22-dək daha geniş kampaniya çərçivəsində 67 min sosial media hesabı bağlanıb. Bağlanan  hesablardan təxminən 8 mini "saxta xəbərlər, şayiələr və zərərli məlumatlar yaydığı" üçün silinib.

Bildirilir ki, 2021-ci ildən bəri Çin hökuməti kiberməkanı "təmizləmək" və səlahiyyətlilərin nəzarətini asanlaşdırmaq üçün milyardlarla sosial media hesabını hədəfə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.