İmmun sistemində psoriazın yaranması ilə bağlı olan gen müəyyən edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı molekulyar bioloqlar izah ediblər ki, psoriaz xəstəliyi TWEAK geninin işində pozulmalar səbəbindən baş verir. Tədqiqatın nəticələri "Science Immunology" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri, La-Xoyi İmmunologiya İnstitutunun professoru Maykl Kroftun sözlərinə görə, TWEAK geni təkcə psoriazın deyil, həmçinin dəridə istənilən iltihabın, eləcə də atopik dermatitin yaranmasında iştirak edir. Psoriaz və dermatit ayrı-ayrı xəstəliklərdir, ancaq onların ümumi cəhətləri var ki, bu da dərman hazırlanmasında kömək edər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təqribən 125 milyon insan psoriazdan əziyyət çəkir. Dərmanlar xəstəliyin simptomlarını aradan qaldırır, lakin xəstəni tam sağaltmır. Xəstə dərman preparatlarından istifadəni dayandıranda psoriaz yenidən özünü göstərir. Bu, alimləri xəstəliklə yeni mübarizə metodları axtarmağa yönəldir.
Kroft və onun həmkarları keratinositlər, dəri hüceyrələri və immun sisteminin müxtəlif komponentləri arasında qarşılıqlı təsirin öyrənilməsinə yönələn eksperimentlər zamanı bu problemin həllinə doğru böyük addım atıblar. Alimləri maraqlandıran o idi ki, psoriazın yaranması ilə bağlı olan hansı siqnal molekulları həm bu, həm də digər cisimcikləri ifraz edə bilir. Bunun üçün bioloqlar psoriazdan əziyyət çəkən insanların hüceyrələrinin bu qəbildən hansı maddələr yaratdığını analiz ediblər və bu birləşmələrin iltihaba meyilli olan laboratoriya siçanlarına necə təsir etdiyini izləyiblər.
Təcrübə göstərib ki, bioloqlar gəmiricilərin dərisinə damarların böyüməsini sürətləndirən və iltihab yaranmasına imkan yaradan TWEAK zülalı məhlulunu yeridəndə, onlarda psoriaz çox tez yaranıb. Öz növbəsində, bu birləşmə dəridə iltihabı birbaşa deyil, TNF və IL-17 siqnal molekullarının fəallığını artırmaqla yaradıb.
Alimlər qeyd edirlər ki, psoriaz dərmanlarının çoxu məhz bu maddəyə təsir edir.
Siçanlar üzərində sonrakı təcrübələr göstərib ki, TWEAK zülalının yaranmasında iştirak edən genin ayrılıb çıxarılması və ya antitelin köməyilə işinin bloklanması gəmiriciləri psoriazın yaranmasından xilas edib.
Alimlər hesab edirlər ki, bu, insan DNT-nin müvafiq sahəsinə təsir edən preparatların psoriaz və xroniki dəri iltihabının yaranması ilə bağlı olan xəstəliklərə qarşı effektiv vasitəyə çevriləcəyindən xəbər verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya





