Sağlamlıq

Xərçəngin yaranmasının 2 səbəbi

8 Noyabr 2021 21:59
0 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stress və artıq çəki xərçəngə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, Türkiyə mətbuatına istinadla xəbər verir ki, yağ qatı yığıldıqca bədəndə zərərli maddələr yığılır. Bu da xərçəngin yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, xərçəng bədəndəki hüceyrələrin idarəsiz olaraq çoxalmasıdır. Bəd xassəli şiş qan, limfa vəziləri, əzələ, beyin və sümük kimi bir çox yerdə yarana bilir.

Məlumata görə, sağlamlıq bədən, ruh və sosial baxımdan yaxşı olmaq deməkdir. Sağlamlıq üzərində 7 faiz iqlim, 8 faiz tibbi şərait, 10 faiz sosial şərtlər, 15 faiz genetik faktorlar və 60 faiz həyat tərzinin təsirli olduğu qeyd edilir.

Mütəxəssislər qeyd edir ki, xərçəngin yaranmasında ən böyük amillərdən biri də stressdir. Gün ərazində bunu azalda bilmək üçün idman və ya başqa bir fəaliyyətlə məşğul olmaq lazımdır.

Stress xəstəliyin yaranmasında təsirlidir, çünki stress zamanı təzyiq qalxır, şəkər artır və şəxsin metabolizması pozulur. Bu vəziyyət mütəmadi olduğu zaman stress xronikiləşir, həzm sistemi pozulur və xərçəngə meyllilik yaranır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.