Musa Qəniyev: Koronavirusun “lyambda” ştamı xəstəliyin daha ağır keçməsinə səbəb ola bilməz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni növ koronavirus (COVID-19) infeksiyasının "lyambda" ştamı dünyanın 30-dan çox ölkəsində yayılıb. "Lyambda" koronavirus infeksiyasının genom fərqliliyi göstərən 24 mutant ştamından biridir. Koronavirusun indiyə qədər öyrənilmiş dörd ştamından hər birinin nöqtə mutasiyasının nəticəsi kimi 10-la mutasiya variantı var. COVID-19-un bütün mutantları, o cümlədən "lyambda" ştamı orijinal ştamdan müəyyən xüsusiyyəti (məsələn, yoluxdurma əmsalı) ilə fərqlənir. Əks halda demək olar ki, ana ştam mutasiyaya məruz qalmayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev koronavirusun "lyambda" ştamı barədə məlumat verib.

O qeyd edib ki, mutantlar nuklein itkisi və fərqliliyi nəticəsində yarandığına görə, digərləri kimi "lyambda" ştamı da xəstəliyin daha ağır keçməsi və letallığın (öldürücülük əmsalı) yüksək olmasına səbəb ola bilməz: " Məlum səbəbdən "lyambda" ştamının patogenliyi COVID-19-dan nəinki yüksək ola bilməz, hətta ondan dəfələrlə zəif olmalıdır. İstər təbii immunitet, istərsə də peyvəndləmə nəticəsində formalaşan immunitet hər kəsi "lyambda" ştamından aktiv şəkildə qorumalıdır. Belə şəxslərdə virusa təkrari yoluxma ehtimalı yalnız 0,002 faiz olmalıdır. Yəni, gigiyenik qaydalara riayət etməklə koronavirus qorxusunu birdəfəlik unutmaq və normal həyata davam etmək lazımdır".
Professor, həmçinin koronavirusun "lyambda" ştamı haqqında yayılan yanlış fikirlərə də münasibət bildirib: "İddia edirlər ki, "lyambda" koronavirusun digər ştamları ilə müqayisədə istər təbii, istərsə də peyvənd immunitetinə qarşı daha dözümlü, eləcə də daha yoluxucu və daha aqressivdir. Orqanizmə düşdükdə onu neytrallaşdırmaq üçün "delta" ştamının neytrallaşdırılmasına lazım olan anticisimlərdən də 1,5 dəfə çox miqdarda anticisim tələb olunur. "Lyambda" ştamının patogenliyi o qədər yüksəkdir ki, hətta bu infeksiyanı keçirib təbii immunitet qazanmış və ya peyvənd olunaraq immuniteti formalaşan şəxslərin belə bu ştamla yoluxma ehtimalı çox yüksəkdir. Yapon alimlərinin fikrincə, virusun ACE2 reseptorlarına bağlanma sahəsində genom dəyişikliyinə səbəb olan mutasiyanın baş verməsi bunun əsas səbəbidir. Elmi məntiq və fundamental klinik müşahidə və tədqiqatlara istinad etməyən belə fərdi yanaşmaların ictimailəşdirilərək geniş əhali içərisində yayılması yalnız stres, qorxu, mənəvi sarsıntı və tərki-dünyalığa xidmət edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü





