Gizli başlayan pnevmoniyanın əlamətləri - Bir sutkaya ağırlaşa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?
Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya - yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur.
Milli.Az xəbər verir ki, ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizli inkişaf edə bilir, ona görə ona Səssiz qatil də deyilir.
Əgər iltihabı proses ağciyər toxumasının ayrıca bir hissəsini və ya seqmentini zədələyibsə, o zaman pnevmoniya sakit, yəni gizli başlayacaq.
Adətən bu hal immuniteti zəif insanlarda baş verir.
İl ərzində kontrolsuz antibiotik qəbulu da pnevmoniyaya səbəb olur.
Atipik pnevmoniyanın günahkarları yarasalardır
Ümumiyyətlə, pnevmoniya yaradan mikrobların insana yarasadan keçməsi sübut olunub.
Bu patologiya çox ciddi diaqnostik tədbirlər tələb edir. Çünki ən peşəkar həkim belə ağciyərlərə qulaq asmaqla pnevmoniyanı aşkar edə bilməz. Ona görə də xəstə ağırlaşma olmadığına görə evdə qalır, terapevt hərarət və güclü öskürək görmədikdə adi müalicə yazır və nəticədə xəstə 10 gün ərzində letal nəticə - ölümlə üz-üzə qalır.
Zəif immunitet, antibiotik qəbulu və bronxlarda olan bakterial fəsadın nəticəsi olan bəlğəmin təbii yolla çıxmasının qarşısını almaq pnevmoniyanı aktivləşdirir.
Gizli pnevmoniyanın əlamətləri:
-Yanaqlarda ağrılı, qırmızımtıl ləkə, qızartının əmələ gəlməsi
-Tənəffüsün fitverici olması
-Təngnəfəslik- pilləkən çıxanda belə hiss olunur
-Ürəkdə ağırlıq, nəbzin sürətlənməsi
-Dərin nəfəs alma zamanı ağrı
-Bədəni beldən çevirəndə döş qəfəsində ağrı
- Daim susuzluq hissi, ümumi zəiflik, gecələr tərləmə
Uşaqlarda əsas əlamətləri:
-Uşağın aktivliyinin azalması, oynamır, yemir, yatmaq istəyir
-Tərləmənin artması
-Səbəbsiz ağlaması
-Kürəyinə, sinəsinə, yanaqlarına toxunduqda ağrı hiss etməsi, narahat olması
Bu əlamətləri indiki virus və qrip aktivliyi ərəfəsində uşaqda görsəniz, bir saat belə gözləmədən uşağı pediatra aparıb, ağciyərlərinin yoxlanmasını tələb edin.
Bu xəstəlikdə istənilən özünü sağaltmaq cəhdi, xalq təbabəti, hansısa dərman, kompres vaxt itirməkdir və ölümə yaxınlaşmaqdır.
Diaqnostikası:
Ağciyərlərin rentgeni, bronxoskopiya, kölgə və ocaq aşkalananda KT, sidik, qan analizi, bəlğəmdən yaxma analizi, bakterioloji müayinə xəstəxanaya daxil olan kimi aparılmalıdır.
Pnevmoniyanı sadəcə ağciyərlərə qulaq asmaqla təyin etmək olmaz. Xəstə öskürmürsə də bu pnevmoniyanın olmaması demək deyil.
Müalicəsi:
Əgər pnevmoniya təsdiq olunsa, 4-6 saat ərzində antimikrob müalicəsinə başlanmalıdır. Xəstənin bronxlarındakı bəlğəmdən bakterioloji analiz götürülməli, hansı bakteriyaların törədici olması aşkarlanmalı və dərhal mikrob əleyhinə müasir müalicə metodları tətbiq olunmalıdır.
Xəstənin xilası üçün lazım olan vaxt əldən çıxsa, toksiki şok, miokardit, sepsis və sonda ölüm baş verir.
Müalicə dövründə xəstə fizioterapiya prosedurlarından, inhalyasiyadan keçməli, qidası sağlam, vitamin və zülalla zəngin olmalı, çoxlu maye qəbul etməlidir. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq





