Sağlamlıq

Koronavirusun orqanizmdə fəsadları açıqlandı

7 Avqust 2021 09:12
0 Şərh     Baxış: 2 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus ağciyərlərdə geri dönüşü olmayan dəyişikliklərə - fibroza səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki,  bu barədə Rusiyanın "Rospotrebnadzor" Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun nümayəndəsi Antonina Ploskireva xəbərdarlıq edib.

"Bundan başqa infarkt və insult riskləri artır ki, bu da çox vaxt pasientlərin əlil olması ilə nəticələnir", - deyə o əlavə edib.

Ploskireva bəzi xəstələrdə COVID-19-dan sonra fərqli klinik təzahürlərin uzun müddət davam etdiyini vurğulayıb.

"Bunların arasında astenik sindrom və tənəffüs simptomları, ilk növbədə öskürək var", - deyə o bildirib.

Virusoloq onu da vurğulayıb ki, bu təzahürlər pasiyentin xəstəxanaya yerləşdirilib-yerləşdirilməməsindən asılı olmayaraq yaranır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.