Kürdə vəziyyət nəzarət altındadır - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdilər kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə məlumat verilmişdir.
Məsələ ilə əlaqədar Milli.Az-a bildirilib ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir.Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür.Eyni zamanda bildiririk ki, Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan su basma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə etmişdir. Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır.
Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur.
Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri tərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarət altındadır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Masallı və Astara rayonlarının bəzi yerlərində qaz kəsiləcək
-
İyulun 1-dən metroda yeni qrafiklə hərəkət ediləcək
-
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
XƏBƏR LENTİ
-
İdmançımız vəfat etdi
-
"Nəriman Nərimanov" metrosu ətrafında bu obyektlər sökülür
-
Sabah Masallı və Astara rayonlarının bəzi yerlərində qaz kəsiləcək
-
Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilir
-
İyulun 1-dən metroda yeni qrafiklə hərəkət ediləcək
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
-
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
"Hakim faktları kənara qoyub qərar qəbul etdi"
-
Azərbaycanla Ekvador arasında diplomatik pasport sahibləri vizadan azad ediliblər
-
Messi qrup mərhələsinin ən yaxşı futbolçusu seçildi
-
"Demokratiya TV"-nin rəhbəri həbs edildi
-
Anomal istilər Azərbaycana yaxınlaşır - Xəbərdarlıq
-
“Ana” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Tehran: ABŞ ilə bu həftə texniki görüş keçirilməyəcək
-
Konqoda Eboladan ölənlərin sayı 360 nəfərə çatıb
-
Britaniya Kolumbiyasında turistləri daşıyan qayıq batıb
-
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - Səbəb nədir?
-
Sükan arxasında telefonla danışan 11 mindən çox sürücü aşkarlandı
-
Ağdamda velosiped qəzası: 14 yaşlı yeniyetmə ağır vəziyyətdədir
-
"Dənizə gedənin ağlı yoxdur"
-
Rusiya Müdafiə Nazirliyi: Bir gündə 400-dən çox PUA vurulub
-
Pirşağıda qadın dənizdə boğularaq öldü
-
Vaqif Qurbanoğlunun qızı vəfat etdi





