İdman

“Qarabağ”ın penalti tələbinə “Sabah”dan reaksiya - VİDEO

23 Aprel 2026 00:36
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edərək finala yüksələn "Sabah" rəqib tərəfin hakim qərarlarına etirazına maraqlı reaksiya verib.

Milli.Az xəbər verir ki, oyunun son saniyələrində baş verən mübahisəli epizod matçın əsas müzakirə mövzusuna çevrilib.

Ağdam klubunun futbolçuları hakim Rəvan Həmzəzadəni qərəzli qərarda ittiham edərkən, Masazır təmsilçisi susqunluğunu sosial şəbəkədəki paylaşımı ilə pozub.

Belə ki, "Sabah" rəsmi səhifələrində bundan əvvəlki oyunlarda, xüsusilə də "Qarabağ" və "Sumqayıt"la qarşılaşmalarda öz xeyirlərinə təyin olunmayan penalti epizodlarının videolarını yenidən paylaşıb.

Xatırladaq ki, "Sabah" finalda "Zirə" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.