"Vallah, məndən sonra səni belə sevən OLMAYACAQ"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Amina Şirin səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi sevgi və dostluq münasibətləri ilə bağlı açıqlamasında qarşı tərəfə tez bağlandığını etiraf edib. O bildirib ki, ayrılıq zamanı ən çox dəyər verdiyi insanların vəziyyətinə acıyır və düşünür ki, ondan sonra həmin insanı bu qədər sevən və qayğı göstərən olmayacaq.
Amina Şirin həmçinin özünəinam və təkəbbür anlayışlarına da toxunaraq, bunların fərqli məfhumlar olduğunu vurğulayıb. Onun sözlərinə görə, insan qarşı tərəf uğrunda nələrə qadir olduğunu bilir, bunu niyə itirirsən?
Müğənni kişi-qadın münasibətlərində özünəməxsus yanaşmasını da bölüşüb. O qeyd edib ki, münasibətdə qarşı tərəfin bir qədər üstün olmasını istəyir. Əks halda, həmin şəxsin gözündən düşə biləcəyini və onu sınağa çəkə biləcəyini gizlətməyib.
İfaçı əlavə edib ki, kişini idarə etməyi sevmir. Lakin qarşı tərəfi sınayarkən onun zəif tərəflərini görərsə, bu münasibətin uzunömürlü olmayacağını düşünür:
"İstər sevgi, istərsə də dostluq münasibəti olsun, ayrılıb sağollaşanda çox istədiyim insanların halına yanırəm ki, Vallah, məndən sonra səni belə sevən olmayacaq, sənin bu qədər qeydinə qalan olmayacaq. Təkəbbür ayrıdır, özgüvən ayrı. Özün bilirsən ki, ona görə nələrə qadirsən, bəs bunu niyə əldən verirsən? Deyirlər, gedim gəzib daha gözəlini tapım - elə bir dünya yoxdur axı.
Kişi-qadın münasibətində qarşı tərəfin məndən bir pillə öndə olmasını istəyirəm - sözündə, kəsərində. Əks halda gözümdən düşə bilər, hətta onu sınağa da çəkə bilərəm. Kişini idarə etməyi sevmirəm. Amma sınayanda görsəm ki, sözümə oturub-durur, o zaman həmin kişi mənə maraqlı olmaz".
Sosial şəbəkələrdə müğənninin bu açıqlamaları geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





