"Epizoda baxdım, Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu "qırmızı" sənin hakimliyinə yaraşmadı".
Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"a 1:2 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O oyunun baş hakimi Rəvan Həmzəzadənin "Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə qırmızı vərəqə verdiyi epizodu şərh edib:
"Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı. Məncə, ağır qərar idi".
Milli.Az





