Rusiyanın Novokuybışevsk Neft Emalı Zavodu və Qorkiy Neft Nəqli Stansiyası pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Milli.Az xəbər verir ki, Novokuybışevsk şəhərində müəssisələrə edilən hücum nəticəsində azı bir nəfər ölüb, xəsarət alanlar var.
PUA qalıqlarının yaşayış binasının damına düşdüyü bildirilir. Hadisə ilə bağlı operativ qərargah yaradılıb.
Hadisənin təfərrüatları və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.
Milli.Az





