19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada azərbaycanlı gənci öldürən yol polisi həbs olunub.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, lakin bu həbs qərarı azərbaycanlı gəncin ölümünə görə deyil, yol polisinin xidməti zamanı yol verdiyi başqa nöqsana görə verilib.
Söhbət Rusiyanın Novosibirsk vilayətində xidmət edən yol polisi, baş leytenant Aleksandr Qusevdən gedir. Məlumata görə, aprelin 13-də Moşkov rayonunda DYP inspektorları Aleksandr Qusev və Vitaliy Baranov barəsində hökm çıxarılıb. Hər iki şəxs CM-nin 286-cı maddəsinin 3-cü hissəsinin "a, v, g, d" bəndləri üzrə (zorakılıq və silah tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaqda) təqsirli bilinib.
İş materiallarına görə, 2024-cü ilin iyul ayının sonlarında DYP ekipajı kənddə pitbayk sürən yeniyetmələri təqib edib. Məktəblilər polisin dayanmaq tələbinə tabe olmayaraq qaçmağa çalışıblar, lakin bir müddət sonra idarəetməni itirərək qəza törədiblər. Hadisədən sonra polis əməkdaşları qəzanı rəsmiləşdirmək və zərərçəkənlərə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.
Məhkəmə Aleksandr Qusev və Vitaliy Baranova hər birinə 3 il müddətinə ümumi rejimli həbsxanada həbs cəzası təyin edib. Bundan əlavə, onlar 2 il müddətinə Rusiya Daxili İşlər Nazirliyi sistemində dövlət vəzifəsi tutmaq hüququndan məhrum ediliblər. Hər iki şəxs "polis baş leytenantı" xüsusi rütbəsindən də məhrum olunub. Hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya şikayəti verilə bilər.
Qeyd edək ki, Aleksandr Qusevin adı daha rezonanslı hadisədə, 2021-ci il mayın 28-də 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qətlində hallanıb.
Belə ki, yol polisi azərbaycanklı gənclərin idarə etdiyi "Toyota" markalı avtomobili saxlamaq istəsə də, onlar tabe olmayıblar. Sonradan gənclər avtomobili saxlayaraq qaçıblar. Lakin yol polisləri onlardan 19 yaşlı Vəkili saxlamağa nail olublar. Bu zaman Vəkilin dostları geri dönərək onu xilas etməyə çalışıblar. Amma yol polisi Qusev Vəkilin başını xidməti avtomobilin kapotuna sıxıb və tapança ilə gicgahına atəş açıb. Xəstəxanaya yerləşdirilən oğlan orada ölüb.
Lakin təəssüf ki, Rusiya məhkəməsi Vəkil Abdullayevin ölümünə görə Aleksandr Qusevi cəzalandırmayıb və ona bəraət verib. Qusev yalnız qəza törədən rusiyalı yeniyetmələrə kömək etmədiyi üçün 2024-cü ilin sentyabr ayında işdən kənarlaşdırılıb və nəticədə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Rusiya dünyaya meydan oxudu: Nüvə bombasının görüntüləri yayımlandı - (Video)
XƏBƏR LENTİ
-
“Nikosayağı” övladlarının fotosunu paylaşdı - (Foto)
-
Arda Güler cəzalandırıldı
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
Tovuzda ev yandı, 45 yaşlı qadın xəstəxanada öldü
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Video)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)





