Cəmiyyət

Sürücülərə ŞAD XƏBƏR: Paytaxtın bu yollarında artıq tıxac OLMAYACAQ

23 Aprel 2026 11:52
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları Yasamal rayonu, Bəsti Bağırova və Cəfər Cabbarlı, eləcə də Cəfər Cabbarlı və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində təhlillər aparıblar.

Milli.Az xəbər verir ki, son vaxtlar qeyd olunan yolayrıclarında nəqliyyat intensivliyinin artması nəzərə alınaraq, avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə:
1.    Bəsti Bağırova - Cəfər Cabbarlı küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 18 saniyə azaldılıb; 

2.    Cəfər Cabbarlı - Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində svetoforun faza dövrü (yaşıl və qırmızı işığının müddəti) 12 saniyə artırılıb.

Görülən işlər nəticəsində Bəsti Bağırova küçəsində günün müxtəlif saatlarında təxminən 220 metrdən çox uzunluqda yaranan nəqliyyat sıxlığı tamamilə aradan qalxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.