Sağlamlıq

Soyuq su içməyin zərərləri

6 Avqust 2021 21:20
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay aylarında hava temperaturunun artışı ilə birlikdə insan bədəni də buna bağlı olaraq temperaturunu artırmaq ehtiyacı duyur. Vücuddakı temperaturun tənzimlənməsi üçün orqanizmdə tərləmə, hərarət basma kimi prosesslər meydana gəlir. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mütəxəssislərin fikrinə görə, orqanizmin daxili mühitinin soyudulması prosesi, insana soyuq bir şey içmək və ya sərin bir şəraitdə oturma ehtiyacı hiss etdirir və bu kimi hallarda çox diqqətli olmağınız lazımdır. 

Orqanizm hüceyrələrinin nizamını pozmayacaq istilik dərəcəsində içkilərdən istifadə etmək lazımdır. 

Çünki hüceyrələrin həddən artıq istiyə və ya həddindən artıq soyuğa qarşı dözümləri sonsuz deyil. Çox soyuq su və ya buzlu içki içdikdə, həddindən artıq soyuq yeməklər yeyəndə, bu maddələrin təmas etdiyi toxuma hüceyrələrinin quruluşu pozulur. Bu hüceyrələr ölür və ya yarasız hala düşür. Bu halda bədənin, mikroblara qarşı özünü müdafiə etməsi və funksiyalarını davam etdirməsi mümkün ola bilmir. Həmin bu mikroblar üçün çoxalma şəraiti yaranır. Badamcıq vəzisi, mədə, sidik yolu, ağciyər kimi orqanların iltihaplanması bu səbəblə ortaya çıxır.

İnsan orqanizmi çox tərli və hərarətli olduğu zaman həddindən artıq soyuq içki və qidaların qəbulu xəstəliyə tutulmasını daha asanlaşdırır. Bu səbəblə ağciyər, həzm sistemi, böyrək, mərkəzi sinir sistemi, menenqit kimi xəstəlikləri ola bilər. Bir stəkan soyuq suyun ehtiyatsız və ya bir nəfəsə içilməsi ilə insan pnevmoniya da ola bilər. Hətta illərlə davam edən mədə xəstəliyinə tutula bilər.

Soyuq içkilərin, ağızda bir müddət isidilərək udulması ən sağlam yoldur. Ağızda saxlanılan suyun bir az qızması təmin olunmuş olur. Beləliklə hüceyrələr zərər çəkmədiyi kimi vücud sağlamlığı da təhlükə altında qalmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.