Sağlamlıq

Gecə yeyə biləcəyiniz 4 qida

11 İyul 2021 09:21
Baxış: 1 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeməkdən sonra stressli, gərgin, yorğun olduğunuz anlarda mədəniz sizi başqa qidalar da qəbul etməyə vadar edir. Bu zaman ağır, yağlı, bol ədviyyatlı yeməklər gecə pis yatmağınıza və mədənizdə ağrıların yaranmasına səbəb ola bilər.

Milli.Az axşam.az-a istinadən gecə yatmazdan əvvəl yeyə biləcəyiniz 4 qidanı təqdim edir:

1. Saçaqlı pendir

Az yağlı və zülallarla zəngin olan bu pendir növü sizi tox tutmağa yardımçı olacaq. Yanında 1 dilim qızardılmış çörək, üzüm və xiyar yeyə bilərsiniz.

2. Fındıq, fıstıq, qoz

Bu qidalar özündə gözəl və sağlam yuxu təmin edən melatonin ehtiva edirlər. Maqneziumla zəngin olan qoz əsəbləri sakitləşdirir. Fıstıq isə yaxşı yatmanıza kömək edəcək və sizi tox tutacaq

3. Meyvəli yoqurt

Sizi tox tutmaqla yanaşı qandakı şəkəri azaldır, həzm prosesinə yardımçı olur. Bal, fındıq, fıstıq kimi qidalar da əlavə edərək fərqli dadlar əldə edə bilərsiniz.

4. Popkorn

Duz və zeytun yağından az istifadə edərək yediyiniz partladılmış qarğıdalı sizi gecə boyunca tox tutacaq. Hətta onu hissələrə bölərək saxlaya da bilərsiniz. Bu zaman film izləyərkən fərqində olmadan həddindən çox qəbul etməmiş olarsınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.