Uşaqlarda boy artımına səbəb olan amillər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Boy fiziki inkişafın ən vacib göstəricilərindən biridir. İdeal boya sahib olmaq hər kəsin arzusudur.
Həkimlərin dediyinə görə, boy problemi uşaq yaşlarından başlayaraq özünü göstərməyə başlayır. Boy artımı üçün vitamin və minerallarla zəngin qidalara üstünlük vermək, mütəmadi olaraq idmanla məşğul olmaq əsas şərtdir. Boy artımının ləngiməsinə genetik faktorlarla yanaşı düzgün qidalanmamaq, fiziki hərəkətsizlik, kəllə-beyin travmaları və xroniki xəstəliklər səbəb olur. Eyni zamanda, orqanizmdə hormon çatışmazlığı da fiziki inkişafa mane olan amillərdəndir. Həkimlərin dediyinə görə, boy artımının ləngiməsi 2-5 yaşarası aşkar edilir, ona görə valideynlər uşaqları mütəmadi olaraq müayinədən keçirməli və qidalanmasına xüsusi diqqət yetirməlidirlər.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a bildirib ki, uşağın fiziki inkişafına təsir göstərən amillərdən biri də yuxu rejimidir. "İlk növbədə, uşağın düzgün qidalanmaması, ikincisi, uşağın normal rejiminin olmaması çox əhəmiyyətli məsələdir. Təəssüflər olsun ki, uşaqlar çox gec saatlarda yatırlar. Halbuki uşağın boyunun normal olması üçün onun axşam maksimum 11-in yarısından sonra yuxuya getməsi lazımdır, çünki boyun artımına təsir göstərən hormonlar gecə saat 11-in yarısı ilə gecə saat 3-dək daha çox sintez edildiyinə görə həmin vaxt yuxuda olmayan uşaqda boy artımına səbəb olan hormona qarşı çatışmazlıq yaranır və onlar boy problemi ilə üzləşirlər. Düzgün qidalanmayan, normal qaydada vitamin və mikroelementlər qəbul etməyən uşaqlarda da boy qısalığı halı müşahidə olunur".
Müsahibimiz qeyd edib ki, ana südü də boy artımı üçün vacib faktordur. Bununla yanaşı, uşağın gün ərzində ən azı 1 saat açıq havada gəzməsi lazımdır: "Boya təsir göstərən əsas faktor yay fəslində günəş şüalarıdır. Günəş şüalarının təsirindən uşaqlarda sintez olunan D vitamini boy artımında əhəmiyyətli rol oynayır. Ona görə də valideynlər səhər saat 11, uzağı 12-yə qədər, axşam saat 5-dən sonra mütləq uşağın günəş suları almasını təmin etməlidirlər. Uşağın gələcəkdə boyunun uzun olmasını istəyən analar onu ilk iki ilində ana südü ilə qidalandırmağa çalışmalıdırlar, çünki ana südünün tərkibində boyun artmasına kömək edən elementlər var. Xüsusilə də 1 yaşına çatmamış uşaqlar ilk ayda mütləq həkim nəzarətində saxlanılmalıdır. Bununla yanaşı, uşaqda qalxanabənzər vəzi problemi olduqda onu mütləq şəkildə aradan qaldırmaq lazımdır, çünki bu problem təkcə boy ləngiməsinə yox, həm də yaddaşsızlığa səbəb olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib





