Sağlamlıq

Koronanın yeni simptomları: Qanqrena, eşitmə pozğunluğu, ağır mədə xəstəliyi

23 İyun 2021 23:39
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19-un Hindistan ştammına yoluxmuş xəstələr dörd yeni simptomla qarşılaşıblar.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Çennai şəhərindən olan həkim-infeksionist Abdula Qafur bildirib.

Onun sözlərinə görə, SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Qafur vurğulayıb ki, pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi.

Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var.

"Delta" variantı son altı ayda 60-dan çox ölkədə yayılıb. Bu ştammın əvvəlki dominant növdən - Britaniya ştammından 60% daha sürətli yoluxduğu qeyd olunur. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.