2021-ci ildə siqaretin artıracağı bəlalar - insult, xərçəng, sonsuzluq...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Səhiyyə Təşkilatı 2021-ci ildə siqaretdən imtina çağırışı edib.
Bu il hər kəs istər tütün, istər elektron siqareti tərgitməyə çalışmalıdır. Zərərsiz, ziyansız siqaret çəkmək metodu olmayıb və olmayacaq. Yüngül siqaret, zəif filtr, veyp, qəlyan- ağciyərlərin strukturunu pozur.
Hətta sizin babanız, nənəniz tütün çəkib, 90 il yaşayıbsa da, bu o demək deyil ki, 2021-ci ilin müasir insanı üçün bu mümkün olacaq. Onların sadəcə dövrə görə bəxtləri gətirib və onların həyat tərzi sizinlə bir deyil.
Müasir statistika sizin mənbəyiniz olmalıdır. Hər il dünyada 5 milyon insan siqaretin nəticəsindən ölür. Hazırda siqaretə görə ölüm yaşı 35-ə enib. Sizin siqaret çəkərək 50 yaşa çatacağınız belə sual altındadır.
Ağciyər xərçəngi isə 3-cü yerdədir, bu xərçəng müalicəyə pis tabe olan və yaşama şansı da az olan növdür.
Milli.Az xəbər verir ki, siqaret çəkmək artıq genetik səviyyədə DNT-ni pozub və siqaret çəkən ata-anadan doğulan xəstə orqanizmli uşaqlar erası gəlir.
Əgər siqaret çəkib, 50 yaşa çatsaz da, bu ömür keyfiyyətli və sağlam olmayacaq. Hətta artıq dünyada siqaretə bağlı sonsuzluq da artıb, istər kişilərdə, istərsə də qadınlarda.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, infarkt, ürək damarlarının tutulması, təzyiq, katarakta, psoriaz və impotensiya bu problemlər 35 yaşdan başlayacaq.
Dəhşətlisi odur ki, bütün bu xəstəliklər ağzına ömründə bir dəfə siqaret almayan insanda da əmələ gəlir. Səbəb evində ailə üzvünün siqaret çəkməsidir. Yanında çəkilən siqaretin tüstüsü çəkməyən insanın ağciyərlərini eyni dərəcədə zədələyir.
Siqaret çəkənlərdə sidik yolu xərçəngi, mədə, qida borusu və ağız xərçəngi 70 dəfə çox, ağciyər xərçəngi isə 30% çox olur, nəinki heç çəkməyənlərdə.
Siqaret çəkmək əsəbi halda stresə qarşı sakitləşdirici təsir etmir, bu mifdir. İnsan sadəcə beynini vərdiş etdiyi təkrarlanan bir hərəkətlə yanıldır. Ona elə gəlir ki, siqaret çəkdi, sakitləşdi.
Bu təkrarlanan vərdiş həmin vaxt fikri yayındırır, amma nikotinin orqanizmdə bütün vəziləri qıcıqlandırması isə stress mənbəyidir. Yəni siqaret orqanizm üçün əlavə stresdir. Ona görə siqaret çəkənlər nevroz və əsəbi olur, tez özündən çıxır.
BİR ƏDƏD SİQARETDƏ OLAN KİMYƏVİ ZƏHƏRLİ MADDƏLƏR. BUNLAR HAMISI ORQANİZNMƏ KEÇİR. /medicina.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq





