Sağlamlıq

Bədəndə qançır və göyərmələr - Bu təhlükədən xəbər verir

23 İyul 2021 21:59
0 Şərh     Baxış: 3 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədəndə, qollarda, ayaqlarda durduğu yerdə spontan göyərmələr, dərialtı qançırların əmələ gəlməsi qaraciyərin xəstəliklərinin əlamətlərindən biri ola bilər.

Əgər göyərmələrlə yanaşı bədəndə şişkinlik, yuxululuq, gözlərin saralması da varsa, əsas səbəb qaraciyərdədir.

Milli.Az xəbər verir ki, həkimlər dəridə göyərmələr hepatitin aqressiv gedişatının bir simptomu, ya da sirrozun başlanğıcının siqnalı olduğunu bildirib.

Qaraciyərin funksiyasının pozulması zamanı qanın laxtalanma sintezi də dəyişir, bu qanaxma, qansızma şəklində özünü göstərir.

Bu xəstələrdə trombositlərin sayı azalır, istənilən dəriyə toxunma orda göyərmələr yaradır.

Ona görə qan laxtalanmasında problem olan xəstələr mütlər hepatit və sirrozdan yoxlanmalıdır.

Bu zaman qaraciyəri təmizləyəcək hepatoprotektorlar təyin etmək lazım deyil. Xəstəliyin səbəbi hepatit virusu olduğu üçün virus əleyhinə dərmanlar təyin edilir.

Artıq çəkini azaldın, içkini tərgidin, pəhrizə keçin. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.