Sağlamlıq

Koronavirusdan sonra mədə-bağırsaq qanaxması görülə bilər - ALİMLƏR

17 May 2021 21:15
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus infeksiyası öncədən mədə-bağırsaq və qaraciyər xəstəlikləri olan insanlarda ciddi problemlər yaradır. Burda virusdan da çox, müalicə vaxtı istifadə edilən dərmanlar və qandurulducular təsir edir.

Milli.Az xəbər verir ki, koronavirusdan sağaldıqdan sonra bir çox xəstələrdə mədə-bağırsaq qanamaları qeydə alınıb.

Kovid xəstələrinə qan laxtalanmasına qarşı Kleksan, kardio maqnil kimi antikoaqulyantlar təyin edilir. Bunları qəbul edən zaman mədəni qoruyacaq xüsusi dərmanlar təyin edilməlidir. Əks təqdirdə ciddi qanama ola bilər.

Çox zaman xəstələr bu dərmanlara əhəmiyyət vermir, onları hər səhət qəbul etmir və birinci də onlardan imtina edirlər.

Kovid müalicəsindən sonra isə bu xəstələr mütləq qastroenteroloqa müraciət edib, koviddən sonra mədə-bağırsaq xoralarının vəziyyətini bir daha yoxlatmalıdır.

Bir çox ölkələrdə pandemiyanın pik vaxtında koronavirus xəstələri ilə yanaşı klinikalara ağır mədə-bağırsaq qanamaları ilə daxil olan xəstələrin də sayının çox olduğunu bildirir.

Hətta bəzən çox xəstələr təkcə mədə-bağırsaq ağrıları ilə daxil olub, lakin müayinə zamanı onda koronavirus aşkarlanıb. Beləliklə, kovid virusunun birinci növbədə mədə-bağırsaq sistemini sıradan çıxardığını da təxmin etmək olar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.