Nevropatoloq: Yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Şübhəsiz ki, onun həyat və məişətimizə gətirdiyi rahatlığı danmaq olmaz. Lakin bununla yanaşı, ondan aşırı dərəcədə istifadənin mənfi təsirləri də çoxdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nevropatoloq Yeganə Rəşidova deyib: "Mobil telefonla danışarkən 1 dəqiqə ərzində beyinə 217 elektromaqnit impulsu ötürülür. Yəni, hər orqanizm bu "zərbəyə" davam gətirə bilmir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun müddət və davamlı şəkildə mobil telefonlarla danışmaq orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsi ehtimalını artırır. Ona görə də mobil telefonlardan mümkün qədər az istifadə etmək məsləhətdir".
İnsanlar mobil telefonlar vasitəsilə gün ərzində danışmaqla kifayətlənmir, gecə saatlarınadək həmin qurğularda ya oyunlar oynayır, ya da sosial şəbəkələr üzərindən yaxın ətrafı ilə yazışırlar. Hətta bəzən yatmağa hazırlaşarkən mobil telefonları yanında saxlayır və bunun nəticəsində orqanizm gecə saatlarında da şüaya məruz qalır. Həkim-nevropotoloq qeyd edib ki, yatarkən mobil telefonlardan istifadə maksimum dərəcədə məhdudlaşdırılmalıdır: "Saat 1-də yuxunun birinci fazası başlayır. Ən azı həmin fazanı rahat yatmaq üçün ən azı saat 12-dən sonra telefonları söndürüb özümüzdən ən azı 2 metr uzağa qoymaq lazımdır".
Alimlərin fikrinə görə mobil telefonların insan sağlamlığına mənfi təsiri kompüterdən, planşetlərdən və televizordan daha çoxdur, çünki bu rabitə vasitəsindən istifadə edən zaman o beyin və gözlərə ən yaxın məsafədə olur və digər fəsadları ilə yanaşı görmə qabiliyyətinə də mənfi təsir göstərir. Mobil telefonlar işimizi nə qədər asanlaşdırsa da, onlardan saatlarla istifadə edilməsinin zərərli olduğunu unutmaq lazım deyil. Ona görə də həyatımıza rahatlıq gətirən kiçik əşyadan yalnız ən zəruri hallarda yaralanmaq daha düzgündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - (Foto)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)





