Sağlamlıq

Bu şəxslər oruc tuta bilər... - Mütəxəssis açıqladı

12 Aprel 2021 21:40
Baxış: 892

Artıq Ramazana sayılı günlər qalıb.

Bəs pandemiyanı yaşadığımız bu çətin günlərdə kimlər oruc tuta bilər? Necə qidalanmalıyıq?

Milli.Az xəbər verir ki, türkiyəli mütəxəssis Oğuz Özyaral pandemiya ilə mübarizədə ən önəmli yol immun sisteminin güclü olmasıdır deyib: "İmmun sistemimizin güclü olması qidalanmamızdan asılıdır. Xüsusən Ramazan ayının gəlməsi ilə immuniteti gücləndirən qidalardan yeməliyik. Pandemiyanın olması Ramazanda problem deyil. Amma önəmli olan bu müddətdə orqanizminizi doğru şəkildə qorumaqdır".

VÜCUDUNUZ SUSUZ BURAXMAYIN

Orqanizminizi əsla susuz buraxmayın. Orucunuza iki stəkan ilıq su içərək başlaya bilərsiniz. Bununla yanaşı ayran, təzə sıxılmış meyvə suları, mədən suyu, sabaha doğru kefir, pomidor suyu, pomidor şorbası yeyə bilərsiniz. İftardan sonra qəhvə, qara çay və ya bitki çayları içmək olar. İftarla sahur arasında qadınların 1.5 litr, kişilərin isə 2 litr maye qəbul etmələri əsas şərtdir. Bu miqdarın içərisinə qəhvə və çay aid deyil.

SİZİ BƏSLƏYƏN QİDALARI YEYİN

SÜfrədə protein, karbohidrat və yağ miqdarı düzgün olmalıdr. Bu səbəblə mövsüm meyvə və tərəvəzlərindən hazırlanan yeməklər süfrədə çox önəmlidir. Karbohidrat ağırlıqlı qidalanmamalısınız. Çörək və xəmir yeməkləri yeyilə bilər. Bunların ölçüsü bir ovuc böyüklüyündə olmalıdır.

DİABET XƏSTƏLƏRİ DİQQƏTLİ OLMALDIIR

Zeytunyağda hazırlanmış yeməklərə mütləq süfrənizdə yer verməlisiniz. Yeməkləri suda bişmiş şəkildə hazırlasanız daha faydalıdır. Çünki həm lif, həm də tərkibindəki vitamin və minerallar baxımından sulu olan hissəsi toxluq hissi yaradar.

ŞİRNİYYAT EHTİYACINIZI XURMA İLƏ QARŞILAYIN

Orucunuzu açarkən əgər ürəyiniz şirniyyat istəyirsə, seçiminizi xurmadan yana edin. Xurma ləzzəti ilə yanaşı, tərkibi ilə də sağlamlığınız üçün faydalıdır. Bundan başqa, evdə hazırlanan cemlər və xüsusən də təbii bal çox önəmlidir.

SAHURDA SALAT VƏ ŞORBANI ƏKSİK ETMƏYİN

Sahurda tox saxlayan salat mütləq süfrənizdə olmalıdır. Bundan başqa tarhana və ya pomidor şorbası yeyilə bilər. Duzlu qidalardan uzaq durun. Gün boyu susuzluq yaşamamağınız üçün şəkərsiz qara çay içə bilərsiniz. /medicina.az

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.