Sağlamlıq

Ağır xəstələrin dərdinə çuğundurla ƏLAC TAPILDI

2 Aprel 2021 23:15
Baxış: 1 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkər çuğundurunun qan ehtiyacında istifadǝ edilǝ bilǝcǝyi bildirilib.

Milli.Az xəbər verir ki, İsveçdə yerlǝşǝn "Lund" Universitetində çalışan elm adamları qandan ağciyər toxumalarına oksigen daşıyan hemoqlobin adlı zülalın şəkər çuğundurunda olan zülala 50-60 faizǝ qǝdǝr bǝnzǝdiyini sübut ediblər.

Qan ehtiyatlarına dair problemlǝrǝ diqqət çəkən araşdırmaçılar xərçəng və ya leykoz xəstələri kimi uzun müddət müalicə edilmǝsi lazım olanların ehtiyaclarının şəkər çuğunduru sayəsində tǝmin edilǝ bilǝcǝyini vurğulalayıblar.

Daha əvvəl də bəzi bitkilərin hemoqlobinə yaxın zülallar istehsal etdiyi müəyyən olunmuşdu. Ancaq ilk dəfə şəkər çuğurundakı zülalın hemoqlobinə bu qədər bənzədiyi aşkarlanıb.

Elm adamları təsirini test etmək üçün bitki mənşəli zülalı donuzlar üzərində sınaqdan keçirəcəklər. Testlǝr müvəffəqiyyətli olarsa, 3 il sonra kliniki testlərə başlanılacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.