Sağlamlıq

Hıçqıraq, ziyil, kəpək - bircə maye hamısını yox edir

21 Mart 2021 14:44
Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloq Reyçel Link Express nəşri ilə söhbətində alma sirkəsinin heç kimin ağlına gəlməyən faydalarından danışıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, onun sözlərinə görə, alma sirkəsinin sağlamlığa antibakterial təsirindən əlavə, digər faydaları da çoxdur. Məsələn, zəhlətökən ziyillərdən onun köməyilə can qurtarmaq olar: pambığı sirkədə isladıb yeni yaranan ziyilin üstünə qoyaraq bir gecə saxlamaq lazımdır.

Bir çay qaşığı şəkər tozu ilə bir neçə damcı alma sirkəsi isə hıçqırağın qarşısını ala bilir.

"Güman edilir ki, alma sirkəsinin turşluğu şəkərin qaba teksturası ilə qarışanda mədə divarının xarakterik yığılıb-açılmasına cavabdeh olan əsəb tellərini hərəkətə gətirərək hıçqırağı dayandırır", - mütəxəssis deyib.

Saçda kəpək olanda isə alma sirkəsini baş dərisinə masajla yeritmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.