Sağlamlıq

Qan təzyiqini salmağın qeyri-adi yolu - Alimlər tapdı

14 Mart 2021 19:07
Baxış: 1 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək qan təzyiqini salmaq üçün qeyri-adi yol tapılıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə London Universiteti Kollecinin mütəxəssisləri "Express"ə danışıb.

Alimlər evdə istiliyin tənzimlənməsi yüksək qan təzyiqinin öhdəsindən gəlməyə kömək edə biləcəyini söyləyiblər.

Alimlər bu nəticəyə demək olar ki, 4.7 min insanın qatıldığı bir araşdırma zamanı gəliblər. Əvvəlcə onların evlərindəki istilik, sonra isə könüllülərin qan təzyiqi ölçülüb.

Məlum olub ki, evdəki istilik nə qədər aşağı olarsa, orada yaşayan insanların qan təzyiqi də bir o qədər yüksək olur.

Beləliklə, ən soyuq evlərdə yaşayanlar üçün ortalama qan təzyiqi təxminən 126/74 mm civə sütunu və ən isti evlərin sahibləri üçün 121/70 mm civə sütunu olub. Eyni zamanda otaq temperaturunda hər dərəcə azalma ilə qan təzyiqi 0,48 mm civə sütunu üzrə artmış olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.