Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Milli.Az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramını uğurla başa vuran namizədlər, habelə əvvəllər hakim və ya vəkil işləmiş vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsində müvəffəqiyyət qazanmış şəxslərin andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın sıralarına qəbul olunublar. Onlara vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Bundan başqa, VK Rəyasət Heyətinin üzvü İlhamə Həsənova tərəfindən hazırlanmış "İstintaq hərəkəti protokolunun rəsmiləşdirilməsi zamanı vəkilin peşə borcu və davranışı" adlı metodik tövsiyənin təsdiq edilməsi məsələsi müzakirə edilib. Müzakirədən sonra Rəyasət Heyəti metodik tövsiyəni təsdiq olunmasını qərara alıb.
Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması barədə müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda Kollegiyanın sədr müavinləri tərəfindən regionlarda keçirilmiş monitorinqin nəticəsinə dair məruzələr dinlənilib, müvafiq qərarlar qəbul olunub.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə irad bildirilib və 1 vəkilə isə töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verildi - (Foto/Video)
-
ABŞ-də polis maşınında “Bakılı balası” - (Video)
XƏBƏR LENTİ
-
2026-cı ilin sonuna qədər varlanacaq bürclər
-
Çay süfrələrinin sevilən şirniyyatı: Köstəbək tortu resepti
-
Wi-Fi routerini gecələr söndürün
-
Yarım qalan hər şey beynimizi məşğul edir: Zeyqarnik effekti nədir?
-
Minlərlə sakinin yaşadığı kənddə cəmi 1 küçə var
-
Limon və portağalı geridə qoydu: Bir dənəsi gündəlik C vitamini ehtiyacını ödəyir
-
Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
-
Polis “Sabah” – “Barselona” oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb - (Foto)
-
Yevlaxda baş vermiş ağır qəzada ölənlərdən birinin kimliyi məlum oldu - Yenilənib
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Günün qoroskopu: Bu gün sözlərinizin çəkisi artacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)





