"Friends" serialında Joey Tribbiani obrazı ilə milyonların sevimlisinə çevrilən aktyor Matt LeBlanc son görüntüsü ilə gündəmdədir.
Milli.Az xəbər verir ki, məşhur aktyor 21 yaşlı qızı ilə gəzintidə görüntülənib.
Şəkillər qısa zamanda sosial mediada yayılaraq geniş müzakirələrə səbəb olub.
İzləyiciləri ən çox təəccübləndirən isə aktyorun çəkisindəki nəzərəçarpan artım olub.
"Joey"nin enerjili və cazibədar obrazı ilə tanınan LeBlanc-ın son görünüşü sevənlərini kədərləndirib.
Milli.Az