Dünya

Bu ölkədə ilk dəfə ağcaqanad aşkarlandı

22 Oktyabr 2025 13:41
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 İslandiyada ilk dəfə ağcaqanad aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu vaxta qədər ölkə Antarktida ilə yanaşı, ağcaqanadların olmadığı nadir bölgələrdən sayılırdı.

Yerli sakin tərəfindən tapılan həşəratlar tədqiq olunduqdan sonra entomoloqlar onların həqiqətən də ağcaqanad olduğunu təsdiqləyiblər.

İslandiya Universitetinin professoru Gisli Mar Gislason bildirib ki, ağcaqanadlar zirzəmi və tavan aralarında gizlənərək qışdan sağ çıxmağa qadirdirlər.

Ölkədə Culiseta annulata növünə aid üç ağcaqanad tapılıb. Alimlər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən İslandiyada hava dörd dəfə daha sürətlə isinərək, yeni canlı növlərinin meydana gəlməsinə şərait yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.