Dövlət Miqrasiya Xidmətində yeni təyinat gerçəkləşib. General-mayor Habil Nağıyev qurumun rəis müavini vəzifəsinə təyin olunub.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Editor.az saytı yayıb.
Qeyd edək ki, H.Nağıyev təyinatadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində maliyyə və maddi-texniki təminat üzrə rəis müavini kimi fəaliyyət göstərib.
Milli.Az