Sağlamlıq

Qəbizlikdən əziyyət çəkənlər üçün - Bu bitkini alın

22 Mart 2021 20:45
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir insanların əksəriyyəti azhərəkətli həyat tərzi sürür, fast-fuda üstünlük verir, daim streslərə məruz qalır ki, bunun nəticəsində bağırsaqların fəsliyyəti pozulur, ləngiyir, qəbizlik yaranır.

Bir çox hallarda fiziki aktivlik, düzgün qidalanma və kifayət miqdarda mayenin qəbulu insanı qəbizlikdən xilas edə bilir. Bəzi müalicəvi bitkilər də bu işdə kömək edir.

Milli.Az saglamolun.az-a istinadla bildirir ki, Rusiya Qastroenteroloji Assosiasiyası qəbizliklə mübarizə ermək üçün bağayarpağı toxumlarında istifadə etməyi tövsiyə edir. Bu toxumun gündəlik qəbulu əksər insanlarda bağırsaqların normal fəaliyyətini təmin edir və qəbizliyi aradan qaldırır.

İstifadə qaydası

Bağayarpağı toxumunun 1 x.q. üzərinə 1 stəkan qaynar su əlavə olunur, 30 dəqiqə su hamamında dəmlənilir, ilıq olandan sonra süzülür və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla ilıq halda içilir. Dəmləməni qəbul edəndə gün ərzində daha çox su içmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.