Sağlamlıq

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

17 Fevral 2021 23:41
Baxış: 2 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir.

Bəs udi hindi bitkisi nədir?

Milli.Az xəbər verir ki, ən güclü antibiotik olan udi hindi bitkisinə olan tələbat da artıb. Bu bitki Şərqi Asiya torpaqlarında yetişir. Odun formasında olan udi hindi ağacdan əldə edilir. Çində daha çox olan bu ağac hər mövsüm yarpaqları olan və fəsil dəyişkənliyindən təsirlənməyən bir növdür. Bu bitkinin digər adı isə öd ağacıdır.

Udi hindi daha çox yağ və toz halında istifadə edilir. Doğru istifadə etdikdə bir çox faydaları vardır. Məsələn, immuniteti gücləndirir, bədəndən mikrobları atır, bir çox xəstəliklərin müalicəsini sürətləndirir. Bundan başqa,

Bədəndən mikrobların atılmasına kömək edər;
İltihab və infeksiyalara qarşı faydalıdır;
Boğaz ağrısı və burun axıntısına qarşı təsirlidir;
Mədə ağrıları və stressə yaxşı təsir edir;
Dəri sağlamlığına faydalıdır;
Ağız qoxusunu aradan qaldırır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.